azia.az
azia.az

Azərbaycan İrana ETİRAZ ETDİ

11-11-2022, 17:05


Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarının İran tərəfindən bu ölkədə məskunlaşmalarına şərait yaradılmasına görə etiraz edib.

 

Sfera.az xəbər verir ki, etiraz bu gün Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb.

 

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

 

Qeyd edək ki, noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi