azia.az
azia.az

"Ermənistan və Rusiya bir məsələdə birləşiblər – sülhməramlıların mandatı uzadılmalıdır" - Marukyan

5-11-2022, 15:10


“Ermənistan və Rusiya bir məsələdə birləşiblər – sülhməramlıların mandatı uzadılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Sputnik Armeniya-ya müsahibəsində xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Soçidə keçirilən üçtərəfli görüşün yekunlarını şərh edərkən bildirib.

Marukyan hesab edir ki, Azərbaycan Qarabağın “status”u ilə bağlı müzakirələrin təxirə salınmasına razılıq verməyə “inandırılmalıdır”.

O bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda Ermənistan və Rusiyanın mövqeləri üst-üstə düşür.

Marukyan məsələnin həllində Qərblə Rusiyanın yanaşmaları arasındakı fərqi izah edib. Onun sözlərinə görə, qlobal baxımdan hər iki güc mərkəzi de-yure Qarabağın Azərbaycan ərazisi olduğuna inanır. Ancaq problem belədir: Vaşinqton, Brüssel deyir ki, yaxşı olardı ki, tərəflər Qarabağın “status”u və onun hüquqları ilə bağlı yekun həllə gəlsinlər.

“Rusiya tərəfi deyir ki, status məsələsinə indi toxunmaq olmaz. Bu müəyyən çətinliklərə gətirib çıxaracaq və ona görə də mövzunu gələcək müzakirələrə buraxmaq daha yaxşıdır. İndi ilk növbədə məsələni həll etmək lazımdır. Moskva bu yanaşmanı erməni tərəfinin təklifi və təşəbbüsü ilə işə salıb. Ermənistan Rusiya sülhməramlılarının mandatının uzadılmasını təklif edir. Bu, son dərəcə vacib, hətta fundamental məqamdır. Burada bizim mövqelərimiz yaxınlaşır”, – Marukyan deyib.

O, İrəvanın Qarabağdan tamamilə uzaqlaşdığını, təhlükəsizlik problemlərindən imtina etdiyi və Rusiyanın təkliflərinin həyata keçirilməsini istəmədiyi barədə çoxsaylı xəbərləri əsassız adlandırıb.

Marukyan deyib ki, Ermənistan və Rusiya Azərbaycanı sülh müqaviləsində “status”un müzakirəsinin təxirə salınması ilə bağlı bəndin olması ilə razılaşmağa “inandırmalı” olacaqlar. Bu məsələdə Ermənistan indi Moskva ilə intensiv işləyir.

Onun sözlərinə görə, oktyabrın əvvəlində Praqa görüşünün nəticələrinə görə Soçidə qəbul edilənlər, yəni 1991-ci il Alma-Ata Bəyannaməsi və onu müşayiət edən protokollar əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması təsdiqləndi.

Bundan əvvəl Nikol Paşinyan parlamentdə deyib ki, Ermənistan Soçidə Rusiya sülhməramlılarının  Qarabağdakı mandatının uzadılması barədə qərar təklif edib, lakin bu, rədd edilib. Buna baxmayaraq, Paşinyan hesab edir ki, məsələ yenilənib və gələcək müzakirələr üçün gündəmdə olacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi