azia.az
azia.az

Putindən Azərbaycana CİDDİ ZƏRBƏ - Rusiya bölgədə mövqeyini İTİRİR

28-10-2022, 12:03


"Əvvəllər Putin öz dili ilə mövqe qoymaqdan çəkinirdi. Maksimum müharibədən sonra 2020-ci il dekbarında "Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir" demişdi. Sağ ol demişdik. Dildə bir şey deyib əməldə başqa şey etdiklərini yaxşı anlasaq da, sağ ol demişdik".

Bunu Milli.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib.

O bildirib ki, Kreml rəhbəri Rusiyanın Azərbaycanda "nüfuzuna" zərbə vurdu:

"Rusiya prezidenti bu barədə özü heç bir şey demirdi, amma Zatulinin, Miqranyanın, Vardanyanın, Köçəryanın, tv-lərinin dili ilə danışırdı. Nəhayət Putin də dünən dedi ki, "əgər ermənilər Qarabağın üzərində Azərbaycanın suverenliyini (Qərbin irəli sürdüyü layihə variantı) qəbul etmək istəyirsə, bu, onların işidir". Digərlərinin dili ilə danışanda məqsəd ermənilərin radikal və milliyyətçi damarına basıb Paşinyana qarşı çıxarmaq və küçələrə çıxarmaq idi.

Putinin bu çıxışının da məqsədi odur. Belə başa düşürük ki, Qərbin irəli sürdüyü variant Azərbaycanın Qarabağın üzərində suverenliyini tanıyır, eyni zamanda "statusu" nəzərdə tutur. "Status" məsələsini Azərbaycan qəbul etmir və konkret mövqe var, bununla bağlı tənqidlər edilir, bu başqa məsələ. Amma indi necə başa düşək, Rusiyanın Qarabağ üçün nəzərdə tutduğu və ermənilərə vəd etdiyi variant heç hər hansı "statusla" belə Azərbaycanın suverenliyini nəzərdə tutmur?

Səmimiyyətə və nəhayət açıq danışdığına görə Putinə təşəkkür düşür. Amma bununla eyni zamanda gərək yaxşı anlayalar ki, Rusiyanın Azərbaycanda onsuz da olmayan nüfuzuna və yumşaq gücünə zərbə vurdu, Putin demişkən, özləri bilər. Əgər Rusiya bölgədə öz mövqelərini itirməsini istəyirsə, belə də davam etsin, edir də".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi