Fərid Şəfiyev: "Xankəndində olan hadisələr, Ruben Vardanyanın peyda olması problem yarada bilər, çox güman ki, bu, Rusiyanın layihəsidir"
"Ermənistan tərəfindən təxribatlar həmişə olub və bundan sonra da olacaq. Düşünmürəm ki, Praqa görüşündən sonra mənfi dönüş yaranıb. Ona görə də sülh prosesi, çox güman ki, davam etdiriləcək. Təbii ki, Xankəndində olan hadisələr, orada Ruben Vardanyanın peyda olması, fəaliyyətinin inkişaf etdirilməsi gələcəkdə daha çox problem yarada bilər. Çox güman ki, bu, Rusiyanın layihəsidir. İndi artıq Qarabağ tamamilə ayrı istiqamətdir. Biz bu məsələni Rusiya ilə həll edəcəyik. Burada Türkiyənin də rolu olacaq».
Bu sözləri Pravda.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
"Müəyyən dərəcədə Qarabağ məsələsi artıq Ermənistan-Azərbaycan istiqamətindən çıxır. Hər halda biz buna nail olmalıyıq. Hər hansı mənfi dönüşü hələ görümürəm. Gözləyək, pessimizmə səbəb yoxdur", — F.Şəfiyev bildirib.