azia.az
azia.az

Azərbaycan Paşinyanın bu təklifini qəbul etmədi

7-10-2022, 11:52


Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada regional kommunikasiyaların açılması məsələsini qaldırıb.

Cebhe.info-nun məlumatına görə, Nikol Paşinyan Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə dördtərəfli formatda keçirdiyi görüşdən sonra özünün “Twitter” hesabında belə yazıb. 

Müzakirələr Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutub. 

“Ermənistan öz suverenliyinə və qanunvericiliyinə tam hörmətlə yanaşaraq bütün regional kommunikasiyaları blokdan açmağa hazırdır. Praqada mən bütün regional kommunikasiyaların blokdan çıxarılması təklifimizi bir daha təsdiqlədim. Azərbaycan yenə də müsbət cavab vermədi”, - Paşinyan belə yazıb. 

Qeyd edək ki, azərbaycan və Ermənistan liderləri Praqada 1991-ci il Almatı bəyannaməsinə və BMT Nizamnaməsinə istinadən hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanat qəbul ediblər.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi