azia.az
azia.az

Paşinyan: "Azərbaycana görə Ermənistan yüz milyonlarla dollar dəyərində silah almayıb"

29-09-2022, 13:21

Azərbaycana görə Ermənistan yüz milyonlarla dollar dəyərində silah almayıb.

Azia.az  xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, cümə axşamı Ermənistan hökumətinin iclası keçirilib və Paşinyan iclasda çıxış edib.


Mətbuatın yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqlərinin yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina edib. Bunun üçün ilkin sifariş də verilib.

“Belə hallar var ki, yüz milyonlarla dollar ödəmişik, lakin çatdırılma öhdəlikləri, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, – Paşinyan deyib.

Onun sözlərinə görə, bu, bir məqsədlə həyata keçirilir – “Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəksin”.

“Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik”, -deyə Paşinyan əlavə edib.

Hökumət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistana silah verilməsinin qarşısının alınmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, təəssüf ki, Azərbaycan imkan daxilində bütün istiqamətlərdə, o cümlədən müttəfiqlər tərəfindən silah tədarükünün qarşısını alır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi