azia.az
azia.az

Paşinyanı Azərbaycana qarşı təxribata ABŞ və Fransa təhrik edib? - İLGİNC DETALLAR

17-09-2022, 18:46



Paşinyanın Azərbaycana qarşı təxribatlara başlamaq üçün təlimatları ABŞ və Fransadan aldığı haqda müxtəlif fikirlər səsləndirilir. Səbəb kimi isə bu iki dövlətin Minsk Qrupunun tarixə qovuşmasını, eləcə də Azərbaycanın regionda gücə çevrilməsini həzm edə bilməmələri göstərilir. Bir sözlə bəzi siyasi analitiklər Ermənistanın təxribatlarının arxasında ABŞ və Fransanın dayandığını bəyan edirlər. Bəs görəsən Paşinyana təlimatı həqiqətənmi ABŞ və Fransa verib?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verdikdən sonra ABŞ və Fransanın fəallıq göstərməsi Paşinyana təlimatın bu iki güc tərəfindən verilməsi məsələsini gündəmə gətirir: “Buna görə də, bəzi siyasətçilər Paşinyanı son hadisələrə məhz ABŞ və Fransanın təhrik etdiyi qənaətindədirlər. Onların məqsədi isə təkcə Minsk Qrupunun dirçəldilməsi olmayıb. Əgər ABŞ və Fransa həqiqətən də Paşinyanı təxribatlara təhrik edibsə, bu zaman onlar Cənubi Qafqazda Rusiyaya qarşı ikinci bir cəbhənin açılması niyyətini güdüblər. Amma bəzi politoloqlar hesab edirlər ki, Paşinyan bu addımı arxasında Fransa və ABŞ-ın həqiqətən dayanacağından əmin olduğu təqdirdə ata bilərdi. Düşünürəm ki, ABŞ və Fransa Ermənistanı birbaşa olaraq bu hadisələrə təhrik etməyib. Sadəcə olaraq Paşinyan bu hadisələri arxasında adı keçən iki dövləti görərək törətməyə cəhd göstərib. Hesab edirəm ki, həm Amerikada, həm də Fransada erməni təxribatlarına Azərbaycanın layiqli cavab verəcəyin yaxşı bilirdilər. Üstəlik bu iki dövlət etibarlı olsa idi, Ukraynanın arxasında dayanardı. Əgər Ukrayna başdan-başa od tutub yanırsa, deməli ABŞ və Fransa etibarlı tərəfdaş deyil və özünə problem yaratmaq istəmir. Sadəcə olaraq Paşinyan və ermənilər Azəbaycanın təqdim və təklif etdiyi sülh sazişinin imzalanmasını demarkasiya və delimitasiya prosesinin həyata keçirilməsini, eləcə də dəhlizin açılmasını istəmir. Həmçinin Azərbaycandan və Rusiyadan daha çox güzəşt əldə etməyə çalışır. Bu səbəbdən də təxribatlara əl atıblar. Təxribatlar törədildikdən sonra isə ABŞ və Fransa ikili standart missiyasını həyata keçirməyə başlayıb”.


Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC

Əlimusa İbrahimov əlavə edib ki, Azərbaycan nə ABŞ, nə də Fransa ilə əlaqələri kəsə bilməz: “Çünki bu iki supergüc dünya lideridir. Ona görə də, rəsmi Bakı bu ölkələrlə diplomatik əlaqələri kəsmək, yaxud hər hansı bir sanksiya tətbiq etmək haqqında düşünməyəcək. Çünki bu hallar ilk dəfə deyil təkrarlanır. Əvvəllər də belə ikili yanaşmalar ölkəmizə qarşı tətbiq olunub. Azərbaycan isə diplomatik yollarla bu iki ölkənin səhv addım atdığını izah edib. Düşünürəm ki, indi də adekvat reaksiya sərgilənəcək. Çünki ABŞ-a qarşı nəsə etmək mümkün olsa idi, dünya nəhəngi Çin analoji addımı atardı”.

Müşviq Tofiqoğlu,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi