azia.az
azia.az

SON DƏQİQƏ: KTMT missiyası Azərbaycan-Ermənistan sərhədində

16-09-2022, 11:21

KTMT-nin Birləşmiş Qərargahının Operativ qrupu Ermənistanda öz işinə başlayıb.

Azia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, missiyanın tərkibinə təşkilata üzv olan bütün dövlətlərdən (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan - red.) nümayəndələr daxildir. 


Yayılan görüntülərdən missiyanın artıq Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüş keçirdiyini görmək mümkündür.

Qeyd edək ki, KTMT missiyasının Ermənistana göndərilməsi barədə təklifi Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Missiya sərhəddə vəziyyətin qiymətləndirilməsi ilə məşğul olacaq.









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi