Makron İlham Əliyevlə DANIŞMAQ İSTƏYİR
Makron İlham Əliyevlə danışmaq istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə Yelisey sarayının nümayəndəsinə istinadən “Le Figaro” qəzeti yazır.
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanı atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb.
Fransa liderinin nümayəndəsinin sözlərinə görə, prezident Makron Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmaq istəyir. Fransa Prezidenti sərhəddəki gərginliklə bağlı bütün məsələlərin danışıqlar yolu ilə həll olunmasını istəyir.