Makron Azərbaycan dilində paylaşım etdi - FOTO
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
Azia.az-ın məlumatına görə, Fransa Prezidenti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevlə təkbətək danışıqlarından foto paylaşaraq Azərbaycan dilində şərh verib.
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - deyə o, paylaşımında qeyd edib.
Makron bunun ardınca görüşdən daha bir foto paylaşaraq Azərbaycan, fransız və erməni dilində “Ermənistan, Azərbaycan birlikdə!”- deyə şərh bildirib.
Qeyd edək ki, Fransa Prezidenti dəfələrlə sosial şəbəkə hesablarında erməni dilində paylaşımlar edib və o, ilk dəfədir ki, Azərbaycan dilində paylaşım edir.