azia.az
azia.az

Sərhəddəki son təxribatların səbəbi BƏLLİ OLDU – AÇIQLAMA

13-09-2022, 12:54

Sərhəddəki son təxribatların səbəbi BƏLLİ OLDU – AÇIQLAMA
“Azərbaycan Ordusu birmənalı şəkildə mövqeləri ələ keçirməklə ermənilərin atəş nöqtələrini məhv edib”.

Bunu Gundem.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

Sərhəddəki son təxribatların səbəbi BƏLLİ OLDU – AÇIQLAMA





“Artıq Ermənistan rəhbərliyi Rusiya Prezidentinə zənglər edir, proseslərin dayandırılması üçün çağırışlar edir.Təxribatçı tərəf Ermənistan olsa da özləri müxtəlif dövlətlərə çağırış edərək prosesi dayandırmaq istəyirlər. Bu təxribatlar artıq bir aya yaxındır ki, sərhəd istiqamətində davam edir. Təxribatların əsas məqsədi delimitasiya və demarkasiya prosesini pozmaq, nə olursa olsun, satatus-kvonu saxlamaqdan ibarətdir. Ermənistan KTMT üzvü olmaqla müxtəlif dövlətləri yenidən bu prosesə cəlb etmək, öz missiyasını başa vurmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa etdirmək niyyəti də var”.

Deputat təxribatların Ermənistanın daxili və xarici siyasətindən qaynaqlandığını da vurğulayıb:

“İstər Brüsseldə, istər Rusiyada olan görüşlər çərçivəsində atılan addımlar ermənilərin xislətini ortaya qoyur, sülhdən yayınma istəyini göstərir. Bu isə Ermənistanın həm daxili, həm də xarici siyasətindən irəli gəlir. Daxildə Paşinyan hakimiyyəti ilə razılaşma yoxdur, həm də Qarabağ klanı yenidən dirçəlməyə başlayır. Onlar çalışır ki, nəyin bahasına olursa olsun, baş verən proseslərdə Paşinyanı günahlandırsınlar. Paşinyanın isə cinayətkarların həbsi ilə bağlı addımlar atması da bu məsələdə özünü göstərməkdədir. Yəni Paşinyan öz vətəndaşlarının diqqətini yayındırmaq niyyətindədir. Lakin Azərbaycan ordusu öz yerindədir və gücünü göstərməkdə davam edir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi