azia.az
azia.az

Rusiya hərbçiləri köhnə Laçın “dəhlizi”ndə əsassız patrul xidmətini aktivləşdirdi... - BU NƏDİ BELƏ?

6-09-2022, 13:01

Rusiya hərbçiləri köhnə Laçın “dəhlizi”ndə əsassız patrul xidmətini aktivləşdirdi... - BU NƏDİ BELƏ?
Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycan ərazisində postlarının sayını əsassız şəkildə 25-dən 30-a qaldırmış “sülhməramlı” adı altında müvəqqəti(?) yerləşdirilmiş hərbi kontingenti sentyabrın 1-dən başlayaraq 10 noyabr 2020-ci il üçtərəfli bəyanat-razılaşmasına, o cümlədən 5 km-lik “dəhliz” parametrlərinə də zidd olaraq Laçın rayonunun ermənilər üçün yeni alternativ yoldan azı, 3-4 km məsafədə yerləşən Ağanus kəndinin Turşsu adlanan cənub hissəsi və Fətəlipəyə kəndləri ərazisi də daxil olmaqla Qayğı qəsəbəsi yaxınlığındakı “Şivid xarabalıqları” məntəqəsindən başlayaraq Laçın şəhərinin lap yaxınlığınadək patrul xidməti həyata keçirməyə başlayıblar.

Rusiya hərbçiləri köhnə Laçın “dəhlizi”ndə əsassız patrul xidmətini aktivləşdirdi... - BU NƏDİ BELƏ?
Azia.az-ın məlumatına görə, moderator.az-ın bu gün -5 sentyabr səhər saatlarında apardığı araşdırmadan bəlli olur ki, “sülhməramlı”lar yenə də artıq qeyd-şərtsiz tamamilə Azərbaycan dövlətinin yurisdiksiyasına verilməli olan Laçın şəhəri, Ağanus kəndinin cənub hissəsi Fətəllipəyə kəndi və Zabux kəndi məntəqələrinə çox yaxın ərazilər boyu patrul xidmətlərini daha da aktivləşdiriblər.
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə təqdim olunmuş 4 sentyarbr 2022-ci il tarixli dislokasiya xəritəsindən Rusiya hərbçilərinin patrul xidmətinin Şuşa şəhəri yaxınlığından başlayaraq Zarıslı, Turşsu məntəqələrindən və alternativ yolla Kiçik və Qaladərəsi kəndlərindən keçməklə Laçın rayonunun Unannovu kəndi yaxınlığınadək davam etdiyi aşkarlanır. Bundan sonra qərb istiqamətinə yönlənən patrul marşrutu Qubadlı-Laçın yolu üzərindəki Fətəlipəyə və Ağanus kəndləri ərazilərindən keçməklə Laçın rayonunun köhnə “dəhliz” ərazisinə də daxil olur. Daha sonra Laçın şəhərinin yaxınlığınadək gələn Rusiya patrul xidməti yenidən şərqə doğru dönür və “Şivid xarabalıqları” məntəqəsi yaxınlığından keçərək Ermənistanla sərhədə- Həkəri çayı üzərindəki 1-ci posta çatır və oradan Zabux kəndi yaxınlığınadək gələrək geri dönür.

Göründüyü kimi, Rusiya “sülhməramlı” kontingentinin komandanlığı növbəti dəfə patrul xidmətini Laçın rayonunun artıq sentyabrın 31-dən sonra həmin birləşmənin məsuliyyət zonasından çıxarılmış ərazilərinə də yönləndirir.

Rusiya hərbçiləri köhnə Laçın “dəhlizi”ndə əsassız patrul xidmətini aktivləşdirdi... - BU NƏDİ BELƏ?
O da diqqəti çəkir ki, Rusiya MN-in sentyabrın 4-ə aid xəbər bülletenində patrul marşrutunun yalnız Şuşa rayonu ərazisində aparıldığı qeyd edilir...

Hesab edirik ki, Azərbaycan dövlətinin müvafiq qurumları bu barədə ciddi xəbərdarlıqlarını Rusiya tərəfinə çatdıracaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi