azia.az
azia.az

Rusiya və İran Suriyanın ərazi bütövlüyünə qarşıdırlar

26-07-2022, 09:37


Rusiya və İran Suriyanın ərazi bütövlüyünə qarşıdırlar
Türkiyədə nəşr olunan "Yeni Akit"qəzetinin suallarını cavablandırdım.
Qeyd etdim ki,bir neçə gün əvvəl İraqın şimalında yerləşən Duhok əyalətinin Zaho bölgəsində yaşanan hadisədə İranın barmagı var.
Türkiyə ordusu indiki məqamda-Suriyanın şimalına növbəti hərbi əməliyyata hazırlaşarkən,turistləri niyə bombalasın ki...
İndiki mərhələdə Türkiyə və İraq arasındakı münasibətlər yaxşı səviyyədədir.Ankaranın Ərbildəki kürd muxtariyyəti ilə də münasibətləri adətən yaxşı olub.Türkiyə hətta mərhum prezident Turqut Özalın vaxtında İraq kürdlərinin liderləri olan Məsud Bərzani və Təlabiniya diplomatik pasport da vermişdi.Bundan əlavə,İraqın şimalındakı kürd muxtariyyəti öz neftini Türkiyə üzərindən dünyaya çıxarır.
Hətta bu,o qədər aydındır ki,İranın təsiri altında olan İraqın baş naziri Kazımı dərhal türk ordusunun ölkəsindən çıxmasını tələb edib.
Maraqlıdır ki,başqa vaxt Tehranla toqquşan,ərəb şiəliyi ilə yanaşı İraq millətçiliyini önə sürən Müqtəda Əs Sadr da Ankaraya etiraz edir.
İran Türkiyənin Suriyanın şimalında separatçı kürdlərə qarşı əməliyyat keçirməsinə qarşıdır.Halbuki,Suriyanın şimalındakı Ayn-Əl Ərəb(Kobani)bölgəsindəki separatçı kürdlərin əməlləri və niyyətləri əvvəlcə bu ərazidə muxtariyyət,daha sonra isə müstəqil dövlət qurmaqdır.Yeri gəlmişkən,SEPAH-ın Qüds korpusunun mərhum komandiri Qasim Süleymani bir zamanlar həm Suriyada,həm də İraqda PKK,PYD kimi təşkilatlarla əlaqə saxlayırdı.
İran və Rusiya isə deyir ki,biz Suriyanın ərazi bütövlüyündən yanayıq.Bu,şübhəsiz ki,Rusiya və İranın siyasi riyakarlıgıdır.
Ümumiyyətlə,siyasi tarix bizə onu göstərdi ki,ABŞ-ın İraqa müdaxiləsi,diktator Səddam Hüseynin devrilməsi ən çox İranın işinə yarıyıb.İranın İraqdakı "5-ci kolonu"bu ölkənin siyasi elitasında,bürokratiyasında kök salıb.
İrandakı teokratik rejim özünün geosiyası mövcudiyyəti olan "Şiə Hilalı"nı yaymaq üçün Yaxın Şərqdəki proksi terrorçi qruplarıyla qan gölünə çevirib.Rejim mövcudlugunu qorumaq üçün iranlıları ac saxlayıb,bütün gəlirlərini səxavətli şəkildə proksiləri arasında paylaşır.
Məncə,"Bagdadın sehirli nagılları"adlı kitab yazılsa,best seller olar,çox oxunar.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi