azia.az
azia.az

Elşad Abdullayev oğlu Sarkisyanın qızına 4.5 milyon borc verdi - FOTOFAKT

7-06-2022, 20:58

Azərbaycandan qaçaraq Fransaya sığınan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun Moskvada ermənilərlə əməkdaşlığı üzə çıxıb.
Elşad Abdullayev oğlu Sarkisyanın qızına 4.5 milyon borc verdi - FOTOFAKT
AZİNFORM.AZ xəbər verir ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvad ikili vətəndaşlıq alıb. Hal hazırda orada məskunlaşır və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub.

Redaksiyamıza Elşad Abdullayevin oğlu ilə ermənilərlə sıx əməkdaşlıq etdiyini sübut edən fakt daxil olub.

Göndərilən materiallardan aydın olur ki, Elşən Abdullayev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. MÜqaviləyə əsasən erməni qızına 4.5 milyon rus rublu civarında pul ödənib. Müqavilə şərtlərinə əsasən Sarkisyanın qızı bu pulu istənilən məqsədlər üçün xərcləyəcəyi mümükün hesab edilir.

Azərbaycanda onlarla cinayət törədib ölkədən qaçmağa nail olan Elşad Abdullayev hal-hazırda Fransada yaşasa da oğlu vasitəsilə yenə də ermənilərlə əməkdaşlığını davam etdirir.

Bu əməkdaşlığı sübut edən fotofakt :

Elşad Abdullayev oğlu Sarkisyanın qızına 4.5 milyon borc verdi - FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi