azia.az
azia.az

TƏCİLİ: Azərbaycanda deputat mandatından imtina etdi – FOTO

16-03-2022, 15:08

TƏCİLİ: Azərbaycanda deputat mandatından imtina etdi – FOTO
Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.

İnterpress.az xəbər verir ki, bu barədə APA Milli Məclisdən məlumat əldə edib.

Ş. Seyidzadə parlament rəhbərliyi ilə görüşərək, onlara da təşəkkür edərək vidalaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Ancaq qanunvericilik publik hüquqi şəxslərin idarəedici qurumlarına təyinatla bağlı deputatın mandatı məsələsini tənzimləmir.

TƏCİLİ: Azərbaycanda deputat mandatından imtina etdi – FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi