azia.az
azia.az

Nazarbayevin qızı deputat mandatından imtina etdi

25-02-2022, 12:41

Nazarbayevin qızı deputat mandatından imtina etdi
Sabiq prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Qazaxıstan Respublikası Parlamentinin aşağı palatası olan Məclisin deputatı mandatından imtina etmək qərarına gəlib.

Bu barədə informasiyanı Zakon.kz saytı yayıb.

“Bu gün mən Məclisin deputatı mandatından imtina etmək və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəldim”, o, açıqlamasında bildirib.
Nazarbayevin qızı deputat mandatından imtina etdi
Xatırladaq ki, Dariqa Nazarbayeva 2021-ci il yanvarın 15-dən yeddinci çağırış Məclisin deputatıdır.
O, İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin üzvü olub. Parlamentə “Nur Otan” partiyasınının siyahısı üzrə seçilib. Hazırda o, ictimai fəaliyyətlə məşğuldur, Nursultan Nazarbayev Fonduna rəhbərlik edir, eyni zamanda “Qazaxıstan Qadın Qüvvələri Alyansı” assosiasiyasının Himayəçilik Şurasının sədridir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi