Lavrov beynəlxalq tədbirdə iştirak etmək üçün xaricə səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovun yaxın vaxtlarda böyük beynəlxalq tədbirdə iştirak etmək üçün xaricə səfər edəcəyini bildirib.
Xəbər verilir ki, Zaxarova Lavrovun hansı ölkəyə gedəcəyini açıqlamayıb, təkcə nazirin səfər proqramının yaxın vaxtlarda dərc olunacağını qeyd edib.
"Həqiqətən də, yaxın gələcəkdə rusiyalı nazir xarici səfəri - böyük beynəlxalq tədbirdə iştirak etməyi planlaşdırır, düşünürəm ki, sabah təfərrüatları, o cümlədən təmasları təqdim edəcəyik", - Zaxarova bildirib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, söhbət ikitərəfli münasibətlərdən getmir.
Lakin, Lavrovun Türkiyəyə gedəcəyi təxmin edilir.
Ağarza Elçinoğlu