Azay Quliyev: “Referendumun nəticələri böyük islahatların başlanğıcıdır“
ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyada keçiriliən 15-ci payız sessiyası oktyabrın 1-də işini davam edib
Trend-in ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Daimi Komitəsinin iclasında ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda keçirilən referendumla bağlı toxunduğu məsələ ilə əlaqədar çıxış edib.
Millət vəkili bildirib ki, sentyabrın 26-da keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir və Konstitusiyaya edilən əlavə və dəyişikliklər xalqımızın maraqlarına tam cavab verir: "Referendumun nəticələri yeni islahatların başlanğıcıdır və Azərbaycan xalqı bu məsələyə böyük ümidlə yanaşır.
Referendumu 30 ölkədən olan 147 beynəlxalq və minlərlə yerli müşahidəçi, o cümlədən AŞPA-nın nümayəndələri yaxından izləmiş və referendumun keçirilməsini və onun rəsmi nəticələrini azad, ədalətli, demokratik və legitim hesab etmişlər. Səsvermə zamanı seçicilər böyük fəallıq nümayiş etdirmişlər".