Əmr gəldi: Zəngəzurun strateji yüksəklikləri və mövqeləri tərk edildi - Eduard Şarmazanov
“Hakimiyyət yetkililləri, siz nədən danışırsınız? Sizin təslim olan liderinizin yeganə qərarı ilə qoşunlarımız 2020-ci ilin dekabrında geri çəkilərək, Sünikin (Zəngəzur) strateji yüksəkliklərini və mövqelərini tərk etdilər. Qorus-Qafan yolunun 21 km-lik hissəsinin Azərbaycan aid olduğunu hesab edirsiniz”.
Azia.az xəbər verir ki, bu fikirləri Eduard Şarmazanov özünün statusunda yazıb.
Erməni ekspert daha sonra vurğulayıb: “Təvazökar “gəlin” kimi Azərbaycanın gömrük məntəqələrinin Sünikdə (Zəngəzurda) yerləşdirilməsinə razılıq verdiniz. Qara gölün 30 faizini müdafiə etməkdən imtina edib düşmənə təslim etdiniz. Sünikin özünümüdafiəsini təşkil edən icma rəhbərlərini həbs etdiniz. Siz demarkasiya və delimitasiya aparmağa hazır olduğunuzu bəyan etdiniz.
Hökumətin iclasında Azərbaycan yer adlarından istifadə edib Türkiynin müsbət siqnallarına sevindiniz. Və nəhayət, dövlətin təhlükəsizliyini gücləndirmək əvəzinə, müxalifəti həbs etməklə, öz hərbi qruplaşmanızı gücləndirməklə məşğul idiniz.
İndi kapitulyant yenə günahkarları təyin edəcək və bəyan edəcək ki, “qazanmaq üçün başqalarını məğlub etmək lazım deyil” və ya “dəhliz” təmin etmək artıq bizim maraqlarımızdadır”. / Konkret.az