Eduard Limonov Azərbaycan XİN-in "qara siyahısı"na salınıb
Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib.
Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Onun adı "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib, o, adını yenilənmiş siyahıda tapa bilər", - H.Hacıyev vurğulayıb.