azia.az
azia.az

Paşinyanın “dəhliz məntiqindən” imtina etməsinin acınacaqlı nəticələri

16-11-2021, 10:38

Paşinyanın “dəhliz məntiqindən” imtina etməsinin acınacaqlı nəticələri
Xəbər verildiyi kimi Azərbaycan tərəfi Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra indiki Ermənistan ərazisinə aid olan Çakaten kəndini Qafana birləşdirən və Zəngilan rayonu ərazisindən keçən hissəsində sərhəd-gömrük nəzarəti tətbiq edib. Nəticədə Ermənistan vətəndaşlarının bu yollardan istifadəsi qeyri-mümkün olub və Zəngəzur bölgəsinin 6 yaşayış məntəqəsi praktiki olaraq təcrid vəziyyətində qalıb.

Paşinyanın “dəhliz məntiqindən” imtina etməsinin acınacaqlı nəticələri
Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl hökumətin iclasında demişdi ki, əgər erməni tərəfi həmin yollardan maneəsiz istifadə etsəydi bu, “dəhliz məntiqinə” uyğun olardı. Yəni Paşinyanın eyham etdiyi kimi, bu halda Azərbaycan da Naxçıvana eynilə o cür maneəsiz, yəni gömrük-sərhəd nəzarəti prosedurlarından keçmədən gediş-gəliş imkanı əldə etməliydi. Erməni tərəfi isə belə görünür ki, hələlik Zəngəzur dəhlizinin Azərbaycanın irəli sürdüyü şərtlərlə açılmasına razı deyil və nəticədə Azərbaycan tərəfi Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində suveren hüquqlarını tətbiq etməyə başlayıb.

Paşinyanın “dəhliz məntiqindən” imtina etməsinin acınacaqlı nəticələri

Ermənistan hökuməti isə Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə çıxışı bağlanan Zəngəzur sakinlərinin Qafana gediş-gəlişini təmin etmək üçün alternativ yolların çəkilməsinə başladığını bildirir. Lakin Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsinə alternativ kimi təqdim edilən yol hələ tam hazır deyil, üstəlik bu yol mürəkkəb relyefə malik ərazilərdən keçir və orada İran TIR-larının hərəkəti qəzaların baş verməsinə səbəb olur. Nəticədə İran TIR-larının bir çoxu Azərbaycan tərəfinə tranzit yol vergisi ödəməklə Gorus-Qafan yolunun Eyvazlı-Çayzəmi hissəsindən keçir.


Paşinyanın “dəhliz məntiqindən” imtina etməsinin acınacaqlı nəticələri
Çakaten kəndini Qafana birləşdirən yolun üzərində noyabrın 15-dən etibarən Azərbaycan tərəfinin sərhəd-gömrük nəzarəti tətbiq etməsi isə 6 yaşayış məntəqəsinin sakinlərinin Qafana gediş-gəlişinin dayanmasına səbəb olub. Və Ermənistan hökuməti bu kəndlər üçün alternativ yollar çəkdiyini bildirir, amma “Sputnik Armenia” agentliyinin hazırladığı reportajda həmin alternativ yolların meşəlik-dağlıq ərazilərdən keçdiyini, ancaq yüksək keçid qabiliyyətli avtomobillərin bu yollarla hərəkət edə biləcəyini göstərir. Kadrlardan görünür ki, həmin kəndlərə gedən yeni yolların çəkilməsi üçün çətin keçilən ərazilərə yol texnikası cəlb edilib, amma işlərin bu tezliklə yekunlaşacağına heç bir ümid yoxdur. Üstəlik bu yollar elə relyefdən keçir ki, hətta asfaltlanıb tamamlansa belə qışda hərəkət çətin olacaq.
Paşinyanın “dəhliz məntiqindən” imtina etməsinin acınacaqlı nəticələri
Yolsuzluq isə Zəngəzurun indiki Ermənistan ərazisinə aid olan kəndlərinin sürətlə boşalmasına, əhalinin köç etməsinə gətirib çıxaracaq. Başqa sözlə, Paşinyanın “dəhliz məntiqindən” imtina etməsi Zəngəzurda yaşayan ermənilər üçün bu cür ağır şərtlər yaratmış olub...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi