Azərbaycan bu ölkədə səfirlik açır
Azərbaycan Vatikanda səfirlik açır.
Azia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
Deputatlar səfirliyin açılmasının tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.