Britaniyada təkrar referendum tələbinə dair petisiya 2,3 mln. imza yığıb
Böyük Britaniyada ölkənin Aİ-yə üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2 milyondan çox insan imzalayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, petisiya Britaniya parlamentinin saytında dərc edilib. Petisiyanın baxılması üçün 100 min imza toplaması gərək olmasına baxmayaraq, sənədi 2,3 mln. insan imzalayıb.
Petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.