azia.az
azia.az

Bakı etiraz etdi, Moskvadan dərhal cavab gəldi

4-09-2021, 16:28

Bakı etiraz etdi, Moskvadan dərhal cavab gəldi
Rəsmi Bakı Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanına münasibət bildirib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlama yayıb.

O söyləyib ki, Azərbaycan XİN həmin tender elanında “Dağlıq Qarabağ Respublikası” ifadəsinin qeyd olunması ilə bağlı etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

“Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, - deyə L.Abdullayeva əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi