azia.az
azia.az

Azərbaycan XİN-in rusiyalı şərqşünas barədə SƏRT QƏRARI

22-06-2016, 00:10

Azərbaycan XİN-in rusiyalı şərqşünas barədə SƏRT QƏRARI Rusiyalı şərqşünas Yevgeni Satanovskinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

Bunu APA-ya açıqlamasında XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Y. Satanovskinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və o, bu səfəri ilə Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu və Miqrasiya Məcəlləsinin tələblərini pozub.

Xatırladaq ki, rusiyalı şərqşünas, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bir həftə öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə bir sıra görüşlər keçirib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi