azia.az
azia.az

SON DƏQİQƏ! Ermənistan şokda: Mühüm ərazi Azərbaycana verilir

30-08-2021, 12:15

SON DƏQİQƏ! Ermənistan şokda: Mühüm ərazi Azərbaycana verilir
Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin təhlükələrindən söz açıb.

Azia.az erməni mətbuatına istinadən xəbər verir ki, Abovyan son prosesləri belə şərh edib:

1. Ermənistan Zəngəzurda delimitasiyanın birinci mərhələsini ört-basdır etdi. Artıq Zəngəzurun bir hissəsi rəsmi olaraq Azərbaycan ərazisi hesab edilir. Söhbət dövlətlərarası Gorus-Qafan yolundan gedir. Bu ərazilər SSRİ xəritələrinə əsaslanaraq Azərbaycan gtorpaqları kimi təqdim edilir.

2. Azərbaycan artıq nümayiş etdirdi ki, Ermənitanın cənub hissəsini ölkənin digər əraziləri ilə ayırmaq imkanına malikdir. Həmçinin İran-Ermənistan logistik əlaqələrini də bağlamağa qadir olduğunu sübuta yetirdi.

3. Ermənistan hakimiyyəti bizi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırlayır. Lakin Türkiyənin Ermənistanla sərhədləri açmağa hansı şərtlərlə razı olacağı haqda heç bir məlumat verilmir və bu gizli saxlanılır.

İndi təsəvvür edin ki, Türkiyə-Azərbaycan qoşunları eyni vaxtda respublikanın cənub (İrana) və şimal (Gürcüstana) yollarını bağlamaq qərarına gələndə nə baş verəcək. Beləliklə görünən odur ki, hazırkı hakimiyyət ölkəni parçalamağa və məhv olmağa sürükləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi