Azərbaycanda iki qanuna dəyişikliklər layihəsi hazırlanır
Azərbaycanda QHT qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanır.
Azia.az "report"a istinadən xəbər verir ki, dəyişikliklər “Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və “Qrant haqqında “ qanunları əhatə edəcək.
Həmin qanunlara bir neçə vacib istiqamətdə dəyişikliklərin edilməsi nəzərdə tutulur.