azia.az
azia.az

Vilayət Quliyev Vətənə qayıdır: “Gərək belə olmayaydı…”

10-08-2021, 17:18

Vilayət Quliyev Vətənə qayıdır: “Gərək belə olmayaydı…”
Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev vətənə dönür.

Azia.az xəbər verir ki, həyatının bir hissəsini Macarıstanda keçirən keçmiş səfir təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb:

"Ömrün daha bir səhifəsi qapanır. Sabah Vətənə dönürük. Həyatımın az qala altıda bir hissəsi Macarıstanda keçdi. Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər. Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, biri-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq.

Ailəmizin - həmişə mənə dayaq olan xanımımın, övladlarımızın - Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu… Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!

Qeyd edək ki, Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri olan keçmiş nazir 2010-cu ildən ölkəmizin Macarıstandakı diplomatik korpusuna rəhbərlik edib. Vilayət Quliyev 23 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bu ölkədən geri çağırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi