İcra başçısı birinci müavinini işdən çıxardı - Yeni TƏYİNAT
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub. RİH-nin başçısı Faiq Qürbətovun əmri ilə, başçının birinci müavini Xanlar Məmmədov vəzifəsindən azad edilərək ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Faiq Qürbətovun digər əmri ilə, Azər Cəfərli RİH-nin başçısının birinci müavini təyin edilib. Azia.az