azia.az
azia.az

“Hər zaman səninləyik Azərbaycan” - Türkiyənin Vitse-prezidenti

14-07-2020, 13:09

“Hər zaman səninləyik Azərbaycan” - Türkiyənin Vitse-prezidenti

Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib...

“Azia.Az” xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” - paylaşımı edib.

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib:

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi