azia.az
azia.az

TƏBİB şəbəkə kabeli, smart TV, növbə terminalına 1.2 milyon xərcləməyi planlaşdırır

Bu gün, 13:16

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi 117 ədəd növbə terminalı, 34 790 metr şəbəkə kabeli, 347 ədəd smart TV və 120 ədəd “Managed switch” avadanlığına 1 273 013 AZN sərf etməyi planlaşdırır.

 

Pravda.az-ın xəbərinə görə, TƏBİB bu məqsədlə satışı həyata keçirəcək şirkətin müəyyənləşdirilməsi istiqamətində prosedur həyata keçirir.

 

Hələlik isə təkliflər dəyərləndirilir.

 

Cabir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi