azia.az
azia.az

TƏBİB “ürəyindən vuruldu” – 2 milyonluq tender

13-10-2024, 13:13

“Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi”nin (TƏBİB) daha bir tenderi ləğv edilib. Bu barədə satınalma portalında xəbər yerləşdirilib.

Həmin xəbərə əsasən TƏBİB tabeliyindəki müəssisələr üzrə (tabe olduğu yuxarı təşkilatlarla birlikdə) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun 2022-ci ilin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının kənar auditi xidmətinin satın alınmasını reallaşdırmaq üçün müasbiqə keçirib. 1.986.333,33 manatlıq prosesin qalibi də müəyyən edilib. Lakin sonradan məlum olub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azmış. Bu isə qanunun tələblərinin pozulmasıdır ki, AİİBNX buna əsasən nəticələri ləğv edərək, geri göndərib.
Xatırladaq ki, TƏBİB-in son iki ayda 50-dən artıq tenderi ləğv edilib. Hətta bu vəziyyət Dövlət Xidməti ilə TƏBİB arasında “müharibə” kimi də qiymətləndirilir. Çünki heç bir dövlət qurumunun bu sayda tenderi ləğv edilməyib. (1xeber.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi