azia.az
azia.az

Səhiyyə sistemimiz İFLİC DURUMDA... - ARAŞDIRMA

9-04-2022, 11:27

Səhiyyə sistemimiz İFLİC DURUMDA... - ARAŞDIRMA
Bütün dünyada nəsl dəyişməsi deyilən, bəzən atalar və oğlullar adlandırılan problem olub.
Yəni gənc nəsil yaşlı nəsili əvəz etməlidir.
Amma zamanında...
Bizdə son illər gənc nəsilin hakimiyyətdə təmsil olunması, gənclərə olan etimad əlbəttə təqdirə layiqdir. Amma...
Əmması odur ki, yaşlı və təcrübəli nəsli vəzifələrdən uzaqlaşdırıb yerinə gənc, amma təcrübəsiz şəxsləri doldurmaq qətiyyən olmaz.
Bunun ağrısını bir millət və cəmiyyət olaraq çəkəcəyik.
Bütün dünyaya bəllidir ki, bir peşəkar mühəndisin, təcrübəli həkimin, yaxud lap təyyarəçinin hazırlanması üçün 10-12 il il vaxt lazım olur.
Yəni bu məsələ bütün dünyada bəlli məsələdir.
Sözün qısası, gənc mütəxəssis universitet partası arxasında nəzəri cəhətdən xeyli bilik əldə edə bilər ee...
Amma bu adamın 1 günlük praktiki təcrübəsi yoxdursa, buna necə mühüm vəzifəni tapşırmaq olar..?
Yəni rəhbər vəzifədə çalışmaq üçün illərin nəzəri və praktiki bilikləri lazımdır.
Və üstəlik...
Rəhbər olan şəxsdə rəhbərə məxsus insani və mənəvi keyfiyyətlər olmalıdır.
Bir sözlə, ucdantutma yaşlı və təcrübəli nəsli YAŞ bəhanəsi ilə az qala kütləvi şəkildə işdən uzaqlaşdırmağın bir adı var:
Millətin gələcəyinə balta çalmaq...
Və illərlə toplanmış kadr korpusunu məhv etmək...
Son illər bütün sahələrdə belədir.
Aqrar sahədən tutmuş təhsil sferasına, təhsildən tibb sahəsinə qədər çox yerdə...
Uzun illər həkim, baş həkim işləmiş şəxsləri vəzifəsindən uzaqlaşdırıb yerinə gənc-“molodoy” birini təyin edirlər.
Bu gəncin də öz ixtisası üzrə praktiki təcrübəsi yoxdur, hələ üstəlik vəzifəyə təyin olunan kimi özü ağılda dost-tanışlarını ətrafına yığır və...
Ancaq necə pul yığmaq, az vaxtda necə varlanmaq barədə düşünürlər...
Ümummilli lider Heydər Əliyev deyirdi: "Həkim üçün hər bir keyfiyyət lazımdır. Amma ən əsas keyfiyyət yüksək mənəviyyatdır”.
Bəli, illərlə püxtələşmiş, müdrikləşmiş bir şəxsiyyəti yaşına görə vəzifədən çıxardıb yerinə ağzından rüşvət iyi gələn bir cavanı (bu hamıya aid deyildir) təyin etmək nə vaxtdan islahat sayılır..? (görəsən həmin gənc dünyasını dəyişmiş xəstə ilə bir otaqda qala bilərmi?)
Axı, həkimlik və digər peşələrdə olduğu kimi insanlar işlədikcə, yaşa dolduqca öz sahəsinin UZMANına çevrilir.
Biz deməli UZMAN həkimlərimizi işdən uzaqlaşdırıb yerinə niyə və nə üçün təcrübəsiz gəncləri təyin etməliyik..?
Tarixdə məşhur loğmanlar, təbiblər, İbn Sinalar olub.
Bunlar 20-25 yaşında məşhurlaşmayıb ee...illərin təcrübəsindən sonra dünyada məşhur olublar.
Yaxud Azərbaycanın məşhur həkimlərindən biri, Ulu Öndərin 2-ci dəfə hakimiyyətə gəlişində hər cür riskə gedən, 91-lərin üzvü Əlfəddin həkimi yada salaq.
Söhbət uzun illər telekanallarda “Sağlamlıq” verilşiini aparan baş həkim olmuş Əlfəddin Abdullayevdən gedir.
Məgər ancaq yaş səbəbindən insanı öz peşəsindən uzaqlaşdırmaq olarmı..?
Qoy gənclər də əziyyət çəkib təcrübə toplasınlar, praktiki biliklərə yiyələnsinlər və zamanı çatanda baş həkim, yaxud rəhbər vəzifədə çalışsınlar.
Həm də açıq etiraf etməliyik ki, sovet təhsil sisteminin üstünlüyünü bütün dünya qəbul edirdi.
Bu birmənalı belədir.
Ancaq bu gün təhsilimizin səviyyəsinin nə yerdə olduğu heç kimə sirr deyil.
Yəni yaşlı nəsil sovet təlim-təhsil və tərbiyyəsini görmüşdü.
Amma indi onlarla fakt var ki, məzun 12 bal toplayır, ancaq onu 612 balla Tibb Universitetinə qəbul edirlər.
12 bal toplayan gələcək həkim yəqin ki, hansı yollasa 5-10 ildən sonra baş həkim olacaq.
Budurmu, gəncləşmə, budurmu nəsillərin dəyişməsi...
Qoy gənclər bizdən inciməsinlər. Onlar yaşlı nəsli göz bəbəyi kimi qorumalı və onların bildiklərinə sahib olmağa, onlardan öyrənməyə çalışmalıdırlar.
Son illər guya yaşlı nəslin müasir dövrlə ayaqlaşmadığı bəhanəsi ilə vəzifələrdən uzaqlaşdırılması və gənclərin kütləvi özəl tibb ocaqlarına doldurulması millətin gələcəyinə böyük zərbədir. Və..
Gəncləri özəl tibb ocaqlarına cəlb etmək üçün onlara ən yüksək səviyyədə, hətta 10-15 min manat əmək haqqı verilir. Və illərin təbibləri, loğmanları 400-500 manatla təqaüdə göndərilir. Bunu zaman bizə bağışlamayacaq.
Yazının girişində əbəs yerə demədik ki, bir peşəkar uzmanın hazırlanmasına ən azı 10-12 il vaxt lazım olur.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi