azia.az
azia.az

Lənkəran teatrı Bakıda iki tamaşa təqdim etdi

6-05-2016, 12:50

 Lənkəran teatrı Bakıda iki tamaşa təqdim etdi Mayın 4 və 5-də Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda ikigünlük səfərdə olub. Yaradıcı kollektiv səfərinin birinci günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edib. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, onun müavinlərinin, nazirliyin əməkdaşlarının, teatr ictimaiyyəti nümayəndələrinin də izlədikləri tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov, Tərlan Abdullayev, Gülər Əliyeva və digərləri ifa ediblər.
Teatrın bakılılara təqdim etdiyi ikinci səhnə əsəri Iran rejissoru Xeyrullah Təğiyənipurun quruluşunda iranlı yazar Bəhram Beyzayinin “İlan Sultan” tamaşası olub. Əsas rollarda respublikanın əməkdar artisti Sucəddin Mirzəyevin, aparıcı artistlərdən Əlibala Əsgərovun, Aynur Əhmədovanın, Səyad Əliyevin, Qızılgül Quliyevanın, Miraslan Ağayevin, Emin Fərzullayevin, Tərlan Abdullayevin, Nizami Qurbanovun Gülər Kərimovanın Şəbnəm Hüseynovanın, Emil Rzayevin və digərlərinin çıxış etdikləri bu tamaşa da sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi