YÜKSƏK təzyiqi aradan qaldıra bilən DƏRMAN HZIRLANDI-DİQQƏT
Bu gün dünyada hər kəsi narahat edən təzyiq problemindən qurtulmaq üçün ailmlər müxtəlif üsullar tapıblar. San-Diyego Kaliforniya Universitetinin (UCSD) tədqiqatçıları lorundrostat adlı innovativ preparat hazırlayıblar ki, bu da davamlı hipertenziyanı effektiv şəkildə aradan qaldıra bilir.
Xəbər verilir ki, tədqiqatın nəticələri New England Journal of Medicine (NEJM) jurnalında dərc olunub.
Kliniki sınaqlara ABŞ-ın müxtəlif regionlarından 285 davamlı yüksək qan təzyiqi problemi olan xəstə qatılıb. Bu xəstəlik həyat tərzi dəyişiklikləri və ənənəvi müalicə üsulları ilə nəzarət altına alınmayan yüksək təzyiqdir və infarkt, ürək çatışmazlığı, insult və böyrək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
İştirakçılardan 190 nəfərinə standart müalicə ilə yanaşı lorundrostat, 95 nəfərə isə plasebo verilib. Nəticələr göstərib ki, yeni dərman qəbul edənlərin sistolik təzyiqi orta hesabla 15 mm civə sütunu azalıb, plasebo qrupunda isə bu göstərici yalnız 7 mm olub.
Müalicə effektini qiymətləndirmək üçün 24 saatlıq təzyiq monitorinqi aparılıb — ölçmələr tədqiqatın əvvəlində, 6-cı və 12-ci həftələrdə götürülüb və lorundrostat qəbul edən xəstələrdə davamlı təzyiq azalma müşahidə olunub.
Alimlərin sözlərinə görə, lorundrostat aldosteron hormonunun istehsalını bloklayır. Bu hormon təzyiqin və elektrolit balansının tənzimlənməsində əsas rol oynayır. Araşdırma göstərib ki, aldosteronun yüksək səviyyəsi ənənəvi antihipertenziv dərmanların təsirini zəiflədə bilər ki, bu fakt əvvəllər nəzərə alınmayıb.
Ayxan