Son illər xərçəng xəstəliyinə tutulanlar durmadan artır. Ətrafımızda bu xəstəlikdən əziyyət çəkən, həyatını itirən tanıdıqlarımız, yaxınlarımız var. Azərbaycanda olduğu kimi, Türkiyədə də bu xəstəliklə mübarizə aparan yüzlərlə insan var. Niyə dünya səhiyyəsinin çarəsini tapa bilmədiyi bu xəstəlik durmadan artır? Hər gün bu mövzu həkimlərin seminarlarında, Tibb unversitetlərində müzakirə olunur.
Xərçəngin səbəbləri və müalicə üsullarını araşdıran doktor Taner Akman Modern.az-a xəstəliyin müalicəsindən çox, yaranmasından danışdı.
Professorun sözlərinə görə xəstəliyin sürətlə artmasına səbəb müasir texnalogiya və insanların özüdür.
"Düşünün, həyatınızda həmişə şəkər oldu. Çayı, qəhvəni şəkərsiz içmədiniz. Mürəbbələr, şokolad yağları yediniz. Plov yediniz, ağ çörəyi durmadan tükətdiniz. İçində yüksək nisbətdə fruktoza olan meyvələri kiloyla yediniz. İçində qlükoza və aspartam olan məhsullar tükətdiniz. Kimsə bunların nə qədər ziyanlı olduğunu düşünmür”.
Akman bildirir ki, “Coca cola”, qazlı içkilərin içində şəkər və zəhər qarışığı var.
“Onlar insulin dirəncini azaldır, şəkər xəstəliyi yaradır. Bununla da xəstəliklər başlayır.
Günəbaxan yağı, qarğıdalı yağı, marqarinlər və trans yağları istifadə edirik. Kərə yağı və zeytun yağı istifadə etmirik. Sonra orqanlarımızdan biri iflas edir. Nədən belə oldum, deyirsən. Amma düşünmüruk ki, bunlar hamısı bizi xərçəngə sürükləyir. Evdə hazırlaya biləcəyimiz yeyəcəkləri də hazır alırıq. Limon suyu nədir ki? Onu evdə sıxa bilərik. Amma onu da hazır alırıq. Düşünün, aylarla marketlərin rəfində gözləyən hazır məhsullar xarab olmadan necə qalır. Biz də alıb onu yeyirik. Amma düşünmürük ki, bu hazır qidaların tərkibində kimyəvi maddələr var”.
Professor məhz bu kimyəvi maddələrin sayəsində xərçəngə yaxalandıgımızı deyir. Onun sözlərinə görə, hətta istifadə etdiyimiz diş fırçaları, diş məcunları belə, xərçəngin daşıyıcısıdır.
Təbii materiallarla diş fırçalarkən, 35 bucaqlı sintetik diş fırçasını ağzımıza soxduq. Əslində bal və karbonatla dişlərinizi fırçalasanız görəcəksiniz ki, o bilmədiyiniz tərkibi olan diş pastalarından daha etkilidir. Dəri xərçənginə səbəb olan amillərdən biri də paltar üçün yuyucu tozlar və və yumşaldıcılarıdır”.
Taner Akmanın sözlərinə görə, bədən istiliyi dəri tərəfindən paltardakı yumşaldıcını əmir. Bu da dəri xərçənginə səbəb olur. Bəs paltarlar necə yuyulmalıdır?
Həkim bildirir paltarları boraks və karbonat qarışığı ilə yuyub yumşaldıcı gözünə alma sirkəsi qoyulmalıdır.
“Həm möhtəşəm bir təmizlik əldə ediləcək, həm də sağıqlı olacaq. Ağ ciyər xərçınginə səbəb olan amillərdən biri siqaretdirsə, digəri də təmizlik ürünləridir. Hər gün bu daha yaxşıdı, deyə satışa çıxarılan şampun, camaşır suyu hər nəfəs aldıqca ciyərləri zədələyir. Bunun yerinə ərəb sabunu istifadə edilə bilər. Həm təmiz, həm də kimyəvi qarşıqsız. Qarışqaları, böcəkləri, ağcaqanadları, limon, karbonat, reyhan, acı bibər və digər təbii yollarla evdən uzaqlaşdırmaq yerinə, böcək zəhərini evə tökürlər. O dərmanlar nəfəs aldıqca, ciyərə, vucudunuza, qanınıza hopur. Mətbəxdə istifadə etdiyiniz alminium qabların nə qədər ziyanlı olduğunu bilirsiniz?
Ya da dənizə axan kanalzasiya suları? Ordan çıxan balıqları yeyirik. Ən sağlıqlı yemi belə, zəhərləmişik. Hamburgerler, cizburgerlər... baxın, saydıqca bitməz. İnsanlar özlərini zəhərləyir. Deyirik ki, keçmişdə insanlar niyə xərçəng olmurdu? O insanlar sadaladıqlarmın hansını edirdi? Ya da saatlarla mobil telefonlamı danışırdı, yoxsa saatlarla yatırdılar? Əlimizdən düşürmədiyimiz telefonlar, wi-fi-lər varmıydı? Bu qədər zəhərli içəcəklər, yeyəcəklər istifadə edirdilərmi? Hər şey insanda bitir. Bu xəstəliyin – xərçəngin ən böyük yaradıcısı insanın özüdür. Təbii, burda günümüzdə yaşadığımız stress, problemlər, üzüntü də var".