Almaniyanın Elmsxorn şəhərində yaşayan türkəsilli ailə filmlərdə belə yaşana bilməyəcək hadisə ilə qarşılaşıb.
Bildirilir ki, bağa qəhvə içmək üçün çıxan ailə üzvləri böyük bir dəlik aşkar ediblər. Şahin ailəsinin bağına 3,7 kiloqram ağırlığında meteorit düşüb. Ailə başçısı Mahmut Şahinin sözlərinə görə, qızları maqnitlə yoxlayaraq bunun kosmik daş olduğunu bildirib.
Dəyəri 200 min avro qiymətləndirilən daş üçün Almaniyadan da daxil olmaqla bir neçə təklif verilib.
Bu, Şlezviq-Holşteyn əyalətinə düşən ən böyük meteorit hesab olunur.



Şərurdakı məşhur “Qaqaşxana” necə dağıdılıb və Cabbarovlardan 700 min dolları kim alıb? - Video
73000000 manat oğurlayan Vidadi Zeynalov kimi dələduz necə azadlığa çıxdı ?- O, indi də qohumu Ceyhun Cəfərovu həbsdən qurtarmaq istəyir
