Rusiyalı internet istifadəçilərinin 20 faizi veb-kameranı izolentlə bağlayır
Hər beşinci rusiyalı internet istifadəçisi noutbukunun veb-kamerasını izolentlə bağlayır
Lent.az-ın “gazeta.ru” saytına istinadən məlumatına görə, ESET şirkətinin keçirdiyi sorğuda 2 200 nəfər respondent iştirak edib. Sorğu iştirakçılarına “Hakerlər sizin noutbukun veb-kamerasını sındıra bilərlərmi?” sualı verilib.
“Əlbəttə, bunun üçün də onlar hakerdirlər” cavabını rəyi soruşulanların 30 faizi verib. Daha 20 faiz dolayı yollarla ciddi təhlükənin olduğunu təsdiqləyiblər. Onlar haker hücumlarının qarşısını almaq üçün kameralarını izolentlə bağlayırlar.
Sorğu iştirakçılarının daha 18 faizi gizlətmir ki, hakerlər uzaqdan veb-kameraya çıxış əldə etməyə malikdirlər. Bununla belə, onlar özlərinin antivirus proqram təminatının effektivliyinə inanırlar. Rəyi soruşulanların 13 faizinin sözlərinə görə, veb-kameranın sındırılması ancaq tanınmış insanlar üçün təhlükə yaradır. “Qara camaat”ın qorxası heç nəyi yoxdur.
Nəhayət, sorğuda iştirak edən 10 faiz iddia edir ki, veb-kameraların sındırılması ilə bağlı məlumatlara inanmırlar.
Mütəxəssislər qeyd edirlər ki, ötən ilki sorğunun nəticələri ilə müqayisədə hakerlərin bacarıqlarına olan inam azalıb.