Masajın yeni növü - özlərini dişlədirlər
Amerikada son dönəmdə yeni bir dəb var - dişləyərək masaj etmək.
Nyu-Cersi ştatında yaşayan Dorothy Stein dişləyərək etdiyi masajla təkcə öz ölkəsində yox, dünyada da diqqət çəkir. Jurnalistlər bu masaj növünü sınaqdan keçirmək üçün onun qapısını döyüblər və məlum olub ki, klassik masajdan fərqli olaraq, bu masaj növü insan bədəninə daha çox fayda verir. Masajçı dünyanın bütün ölkələrində filial açdırıb və hazırda Hollivudun məşhur simaları da özlərini "dişlətmək" üçün onun yanına gəlirlər.
Masajçının yanında 1000-ə yaxın insan çalışır və onlar da ən azı D.Stein qədər populyardılar. "Dişli masaj" həvəskarları arasında Stinq, Eminem, Djastin Timberleyk, Brus Vills kimi məşhur adlar da var.