azia.az
azia.az

Tramp Ukraynaya verdiyi Patriot vədindən geri çəkildi

Bu gün, 22:15

ABŞ Prezidenti Donald Tramp Ukraynaya Patriot hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya verilməsi ilə bağlı əvvəlki açıqlamasından fərqli mövqe sərgiləyib.

Xəbər verilir ki, Donald Tramp Camp Daviddə keçirilən və mətbuat üçün açıq olan ilk Nazirlər Kabineti iclasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualları cavablandırarkən Patriot raketlərinin istehsal lisenziyası məsələsinə də münasibət bildirib.

Xatırladaq ki, Tramp NATO Zirvəsi çərçivəsində Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Ukraynaya Patriot raketlərinin istehsal hüququ veriləcəyini bildirib. O, “Sizə Patriot istehsal etmək üçün lisenziya verəcəyik və bunun necə həyata keçiriləcəyini göstərəcəyik” deyib.

Bundan sonra, iyulun 28-də Vaşinqtonda Trampla görüşən Zelenski də ABŞ mediasına açıqlamasında Vaşinqtonun Ukraynaya Patriot istehsalı üçün lisenziya verəcəyini söyləyib.

Lakin Tramp son açıqlamasında bu məsələyə daha ehtiyatlı yanaşdıqlarını vurğulayıb. O bildirib ki, Patriot raket texnologiyası olduqca yüksək səviyyəli və ABŞ-ın milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

ABŞ prezidenti qeyd edib ki, belə bir texnologiyanın başqa ölkəyə verilməsi məsələsində son dərəcə diqqətli davranmaq lazımdır.

“Patriot raketləri inanılmaz texnologiyadır. Bu məsələdə həm sağlam düşüncə, həm də böyük ehtiyatlılıq tələb olunur. İndiyədək bununla bağlı razılıq verməmişik. Düşünürəm ki, belə bir texnologiyanın başqa ölkəyə verilməsi baş verməyəcək”, - deyə Tramp bildirib.


Mənsumə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi