Türkiyə bu ölkənin təhlükəsizliyini öz üzərinə götürdü
Türkiyə BMT sülhməramlı qüvvələrinin Livandan çıxarılmasından sonra ölkənin suverenliyinin təmin olunmasına yönələn bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. Livan Ankara tərəfindən Yaxın Şərqdə yaradılmasına çalışılan sülh, sabitlik və əməkdaşlıq mühitindən ən çox faydalanacaq ölkələrdən biridir.
Türkiyə lideri qeyd edib ki, Ankara Beyruta imkanları daxilində humanitar və texniki yardım göstərməyə davam edəcək, həmçinin Livan Silahlı Qüvvələrinin gücləndirilməsinə yönələn addımları dəstəkləyəcək.
Ərdoğan xatırladıb ki, regionda gərginliyin sonuncu mərhələsində 4,3 mindən çox livanlı həlak olub:
“Gərginliyin başlanğıcından etibarən Ankara Livanda baş verən zorakılıq aktlarına ən sərt reaksiya verən ölkələr sırasında yer alıb”, – Türkiyə lideri vurğulayıb./globalinfo