azia.az
azia.az

Xameneinin ölümü ilə bağlı ELƏ ŞEYLƏR AÇIQLANDI Kİ...

Bu gün, 08:55

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbərliyinin ən gizli iclasları barədə məlumatların İsrailə ötürüldüyünü etiraf edərək, Tehranın daxilindəki böyük xəyanətə eyham vurub.

O, İsrailin ali rəhbərliyin toplantıları barədə dəqiq məlumatları kəşfiyyat sistemindəki və hələ də aradan qaldırılmayan ciddi sızma sayəsində əldə etdiyini bildirib.

Xəbər verilir ki, Əraqçının bu sensasion açıqlamalarını İranın "Fars" agentliyi yayıb.

XİN rəhbəri müharibənin başladığı günün (28 fevral) səhəri ali lider Əli Xameneinin iqamətgahında olduğunu açıqlayıb.

Onun sözlərinə görə, səhər saat 08:00 radələrində İran prezidenti ilə görüşərək onu vəziyyətin müharibəyə hazırlıq xarakteri daşıdığı barədə xəbərdar edib.

Daha sonra isə Əraqçi danışıqlar barədə hesabatı təqdim etmək üçün Xameneinin aparat rəhbəri Əli Əsgər Hicazinin yanına yollanıb.

Nazir qeyd edib ki, o, Hicazi ilə gərgin hərbi vəziyyəti müzakirə etdiyi anda ali liderin kompleksi dəhşətli hava zərbəsinə məruz qalıb.

Əraqçi həmin günlərdə İran rəhbərliyinin belə iclaslar keçirməsinin qeyri-adi olmadığını, lakin İsrailin bu görüşlərin dəqiq vaxtı və yeri barədə bu qədər məlumatlı olmasının təhlükəsizlik sistemindəki davam edən boşluqların sübutu olduğunu vurğulayıb:

“Bu, kəşfiyyat məlumatlarının sızmasının nəticəsi idi və görünür, həmin sızma bu gün də tam gücü ilə davam edir”.

Xatırladaq ki, İranın ali lideri ayətullah Əli Xamenei fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hava əməliyyatı nəticəsində həlak olub.

O, İranı 30 ildən artıq bir müddətdə idarə edirdi. Sözügedən hücum zamanı Xamenei ilə birlikdə onun ailə üzvləri (qızı, kürəkəni, gəlini, nəvəsi), eləcə də ölkənin müdafiə naziri Əziz Nasirzadə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur daxil olmaqla bir çox yüksəksəviyyəli dövlət rəsmisi də həlak olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi