“Azərbaycanla sülh Ermənistandakı seçkilərlə qanuniləşib”
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ildə Azərbaycanla imzalanan sülhün 2026-cı il parlament seçkilərində Ermənistan xalqının seçimi və səsi ilə qanuniləşdirildiyini bildirib.
Xəbər verilir ki, o, Milli Məclisdə Ermənistan Respublikasının ötənilki dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatı təqdim edərkən bu mövzuya toxunub.
Paşinyanın sözlərinə görə, 2025-ci ildə Ermənistan və Azərbaycanın sülh müqaviləsi layihəsi və dövlətlərarası münasibətlərin qurulması, eləcə də layihə üzrə razılaşma barədə danışıqlar böyük əhəmiyyətə malik hadisələrdir.
O qeyd edib ki, bu hadisə 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə sülhün bərqərar olmasına imkan verib:
“Biz sülhü bərqərar etdik və mahiyyət etibarilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə başa çatdı”.
Baş nazir vurğulayıb ki, 2026-cı il parlament seçkilərinin nəticələri Ermənistan xalqının sülh gündəliyini dəstəklədiyini təsdiqləyib:
“Ermənistan Respublikası xalqı sülh tərəfdarıdır”. konkret.az