Ərdoğanın bu fikiri dünyanı LƏRZƏYƏ SALDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İstanbul türk-müsəlman şəhəridir və qiyamət gününədək belə qalacaq.
Xəbər verilir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra keçirilən çıxışında danışıb.
O, çıxışında ölkənin nəqliyyat infrastrukturunun inkişafından da bəhs edib.
Prezidentin sözlərinə görə, əvvəllər Türkiyənin bütün bölgələrini birləşdirən inkişaf etmiş nəqliyyat şəbəkəsi mövcud deyildi.
Türkiyə lideri qeyd edib ki, “Yollar sivilizasiyadır” proqramı çərçivəsində son 23 ildə nəqliyyat sektoruna böyük həcmdə investisiyalar yatırılıb. Avtomobil yollarına 206, dəmir yollarına 80, aviasiya sahəsinə isə 35,5 milyard dollar vəsait yönəldilib.
Ərdoğan həyata keçirilən layihələrin ölkənin iqtisadi inkişafına və regionlararası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini də bildirib.
Müşviq Tofiqoğlu