Ərdoğan YENƏ baba oldu
Ərdoğan 10-cu dəfə baba oldu: Sümeyye və Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan Bayraktar və Selçuk Bayraktarın ailəsində xoş hadisə baş verib, cütlüyün üçüncü övladı dünyaya göz açıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xəbəri alan kimi dərhal xəstəxanaya yollanan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan nəvələrini görməyə gələrək, qızı və körpənin səhhəti ilə maraqlanıb. Bayraktar cütlüyünə təbriklərini çatdırıblar. Qeyd edək ki, 2016-cı ildə ailə quran Sümeyye və Selçuk Bayraktar cütlüyünün bundan əvvəl 2017-ci ildə dünyaya gələn Canan Aybüke və 2024-cü ildə doğulan Asım Özdemir adlı iki övladı var.