azia.az
azia.az

Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

Bu gün, 19:12

Aprelin 28-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Ulu Öndərin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Təntənəli qarşılanma mərasimində komandanlar fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

 

Görüşdə ölkəmizin Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə, həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi