Vens IRANI KIMIN IDARƏ ETDIYINI AÇIQLADI
ABŞ İranla danışıqları davam etdirməyə sadiqdir və Tehranın Vaşinqtonla razılaşma əldə etməyi hədəflədiyinə inanır.
Bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens deyib:
Onun sözlərinə görə, ABŞ İrana nüvə silahı proqramından qəti şəkildə imtina etməsi müqabilində “qlobal iqtisadiyyata qoşulmaq” imkanı təklif edir: “Bu, onun (prezident Donald Trampın-red.) İrana təklif etdiyi güzəştdir. Biz danışıqlar aparmağa və bunu reallaşdırmağa çalışacağıq, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün əla olardı. Buna görə də mən bunun reallaşması üçün mübarizə aparacağam”.
Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqlara toxununub: “Deyərdim ki, Pakistanda çox irəliləyiş əldə etmişik”.
O, həmçinin İslamabadda keçirilən görüşlərdə iştirak edən İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın “mahiyyət etibarilə İranı idarə etdiyi” fikrini də dilə gətirib.
Bundan əlavə, vitse-prezident Vaşinqtonun qiy