azia.az
azia.az

Mantiyasını avtomobilin üzərinə sərən hakimin səlahiyyətlərinə xitam verildi - ÖZƏL

Bu gün, 15:37

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib. Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub.Belə ki,  özünə yeni bahalı  avtomobil alan hakim dolu yağışı  zamanı  avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını  onun  üzərinə sərib.Gununsesi.info-nun araşdırmasına görə, bu hadisəni ifşa edən  isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub. Bldirilir ki,  İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın foto-video görüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib.Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilməsi barədə məlumatı təsdiqləyiblər.

 Afət Abbasova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi