Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı neçə nəfərdir-18 NOYABR 2025-Cİ İLƏ OLAN MƏLUMAT
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən QARBAĞA QAYIDIŞ MƏRHƏLƏLİ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLİR.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. İşğaldan azad olunmuş ərazilərə köçürülən soydaşlarımızın bütövlükdə sayə aşağıdakı sıralama ilə göstərilir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 333 nəfər (97 ailə)
Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
Xıdırlı (Ağdam) - 1 808 nəfər (465 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 383 nəfər (99 ailə)
Şuşakənd (Xocalı) - 170 nəfər (61 ailə)
Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
Badara (Xocalı) - 136 nəfər (37 ailə)
Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
Kəlbəcər - 338 nəfər (81 ailə)
Horovlu (Cəbrayıl) - 160 nəfər + ? (47 ailə)
Cəmi: 20 934 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.