azia.az
azia.az

Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

8-11-2025, 11:55

Türkiyə Cümhuriyyətinin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Azia.az xəbər verir ki, Mülki Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə səhifəsində Zəfər Günü münasibətilə bu sözlər yazılıb:

"Salam olsun sənə, qardaş Azərbaycan!

8 Noyabr - Qələbə Gününüz mübarək!

Bu gün bizim qəhrəman komandolarımız mərdlik və qardaşlıq sədaları altında Bakı küçələrində addımlayacaqlar, Azərbaycanda türk qardaşlarımızı qürurla salamlayacaqlar.

Hərbi Hava Qüvvələrimizin döyüş təyyarəsi Bakı səmasında aypara-ulduzun qüdrətini nümayiş etdirəcək, əbədi qardaşlığımızı bütün dünyaya bəyan edəcək".




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi